Ukrayna millisinin üzvü bir neçə dəfə huşunu itirib

Avro-2020-nin iştirakçılarından olan Ukrayna millisinin futbolçusu Eduard Sobol səhhəti ilə bağlı ciddi problemlər yaşayıb.

Newsport.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İqor Tsuqanyk ölkəsinin mətbuatına açıqlamasında deyib. O, müdafiəçinin Avro-2020 başlamazdan əvvəl bir neçə dəfə huşunu itirdiyini bildirib:

“Sobol Avro-2020-dən əvvəl ciddi sağlamlıq problemləri yaşadı. Huşunu itirdi. Bu, bir neçə dəfə baş verib. Özünü pis hiss edirdi. Əlavə tibbi müayinə aparılıb. Hər şey qaydasındadır. Sobol İsveçlə matçda meydana daxil ola bilər. Çünki o, çox çalışqan, müdafiədə əla oynayan, güclü futbolçudur”.

Qeyd edək ki, bu gün keçiriləcək Ukrayna - İsveç görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right