“Mahirə güvənirəm, oyunu “oxumağ“ı bacarır” – “Legiya”nın idman direktoru

“Uzun, bir neçə aylıq danışıqlardan sonra Mahirin komandamıza qoşulmasına şadam”.

Newsport.az saytının məlumatına görə, bunu “Legiya”nın idman direktoru Radoslav Kuçarski yeni transfer Mahir Emrelinin keçidi barədə danışarkən deyib.

Mahir Emreli “Legiya” ilə 3 illik saziş imzalayıb. Klub rəsmisi bu gün rəsmi müqaviləyə qol çəkən Azərbaycan millisinin forvardının onlara əlavə güc qatacağını bildirib:

“Mahir texniki cəhətdən komandamıza uyğun olacaq. Oyunu oxumağı bacaran və qol vurmağa çalışan futbolçudur. Avrokuboklarda hədəfimizə çatmağımıza kömək baxımından onun beynəlxalq təcrübəsinə güvənirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right