De Brüynenin durumu necədir?

Belçika millisinin baş məşqçisi Roberto Martines yığmanın oyunçusu Kevin de Brüynenin zədəsi barədə danışıb.

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, xəbər verir ki, çalışdırıcı “Mançester Siti”nin heyətində Çempionlar Liqasının finalında “Çelsi”yə qarşı matçda (0:1) sıradan çıxan 29 yaşlı yarımmüdafiəçinin əməliyyat olunmayacağını deyib:

“İndi Kevinin hansı vəziyyətdə olduğunu dəqiq öyrənmək üçün o, bir çox əlavə testdən keçməlidir. Çox diqqətli olacağıq. Mən Kevinlə danışanda olduqca nikbin görünürdü və özünü yaxşı hiss edirdi. Bütün kədərli proqnozlarla bağlı bəxtimiz gətirdi. Onun əməliyyata ehtiyacı yoxdur. Kevin əməliyyat olunsaydı, bu, onun Avropa çempionatında iştirakını şübhə altında saxlayardı. Növbəti 7 gün ərzində onun vəziyyəti barədə daha dəqiq məlumat əldə edəcəyik”.

Qeyd edək ki, De Brüyneyə burun sümüklərinin və sol orbitin qırılması diaqnozu qoyulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right