"İnter" yarımmüdafiəçisi Artuo Vidal və hücumçusu Aleksis Sançesi satışa çıxarıb.
Newsport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira özünün "Tvitter" səhifəsində yazıb. Bildirilib ki, A seriyasının son qalibi maaşlara ödədiyi xərcləri azaltmaq üçün sözügedən oyunçuları satmaq istəyir. Vidal İtaliya təmsilçisində ilinə 6.5 milyon avro, Sançes isə 7 milyon avro qazanır. Klub rəhbərliyinin futbolçularına bu cür pul ödəməyə davam etməyə hazır olmadığı vurğulanıb.
Qeyd edək ki, Arturun müqaviləsinin müddəti 2022-ci ilin yayı, Sançesin isə 2023-cü ilin yayı başa çatır.