Futbol üzrə Türkiyə Super Liqasında 35-ci tura start verilib.
Newsport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Autsayderlər qrupunda yer alan “Gənclərbirliyi” “Sivasspor”u qəbul edib. Beş qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanan tərəf olub. “Rizəspor” da səfərdə “Antalyaspor”a oxşar hesabla qalib gəlib. “Kayserispor isə “Konyaspor” səfərində qolsuz heç-heçəyə razılaşıb.
Lider “Beşiktaş”ın bu turdakı rəqibi “Ankaragücü” olub. Dörd qolun qeydə alındığı bu oyun bərabərliklə bitib.
Türkiyə Super Liqası
35-ci tur
16 aprel
Gənclərbirliyi – Sivasspor 2:3
Qol: Angelo, 25. Yohansson, 37 – Feliks, 78. Kayode, 83. Polomat, 90+3-öz qapısına.
Konyaspor – Kayserispor 0:0
Antalyaspor – Rizəspor 2:3
Qol: V.Sarı, Naldo, 88 – İ.Köybaşı, 3. Boldrin, 6. Sabo, 65.
Beşiktaş – Ankaragücü 2:2
Qol: Kuluşiç, 45+4-öz qapısına; 52-öz qapısına – Peyntsil, 65; 90+3.
17 aprel
14:30 Dənizlispor – Ərzurumspor
17:00 Trabzonspor – Hatayspor
17:00 Yeni Malatyaspor – Alanyaspor
20:00 Göztəpə – Qalatasaray
18 aprel
17:00 Qaziantep – Kasımpaşa
20:00 Başakşəhər – Fənərbaxça