"UEFA və FİFA futbolçuları öldürür"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola oyun qrafikinin sıxlığından şikayətənib.

Newsport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis goal.com-a açıqlamasında oyunçuların bu qrafikə tab gətirmək gücündə olmadıqlarını deyib:

"Oyunçular da insandır, maşın deyillər. Bilirəm ki, bəzi futbolçular hər matçda iştirak etmədikdə əsəbləşirlər. Amma bu, mümkün deyil. Əlbətdə, oynaya bilərlər, amma hamının istirahətə ehtiyacı var. UEFA və FİFA təqvim həddindən artıq sıx olduğundan futbolçuları öldürür. Mövsüm başlayandan bəri bir həftə belə istirahət etməmişik. Buna vaxt yoxdur. Həm zehni, həm də fiziki cəhətdən belə bir cədvələ tab gətirə biləcək oyunçu yoxdur. Bu, mümkün deyil".

Qeyd edək ki, "Mançester Siti" növbəti oyununu aprelin 6-da Çempionlar Liqasının 1/4 finalında Dortmund "Borussiya"sına qarşı keçirəcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right