Rusiya futbolunda faciə baş verib.
Newsport.az xəbər verir ki, gənclərdən ibarət "Znamya Truda" komandasının futbolçusu Nikita Sidorov oyun zamanı həyatını itirib.
Orexovo-Zuyevo şəhərindəki "Torpedo" stadionunda keçirilən görüşün 2-ci hissəsində meydan çıxan 18 yaşlı futbolçunun 5 dəqiqə sonra halı pisləşib. Gənc oyunçu yıxılaraq yerindəcə keçinib. Həkimlər dərhal müdaxilə etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, Sidorovun ölüm səbəbi beyin damarının partlamasıdır.