"Liverpul"un baş məşqçisi Yurgen Klopp futbolçusu Trend-Aleksandr Arnoldun DÇ-2022-nin seçmə mərhələ oyunları üçün İngiltərə millisinə çağırılmaması barədə danışıb.
Newsport.az BBC Sport-a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis yığmanın çalışdırıcısı Qaret Sautqeytin bu qərarına təəccübləndiyini deyib:
"Trend Aleksandr Arnold komandada deyilsə, deməli, İngiltərə daha yaxşı bir heyətə sahib olmalıdır. Onu milliyə çağırılmamasına təəccübləndim. Əlbəttə, bu qərara hörmət edirəm. Amma düzü, başa düşmədim. Mən özüm də məşqçiyəm. Hər gün, hər həftə sonu komandanın tərkibi barədə qərar verirəm. Yəqin ki, həmişə başqalarının başa düşmədiyi qərarlar veririk. Amma yenə də anlaya bilmədim. Trend Aleksandr-Arnold ən azı iki mövsüm dünya futbolunun sağ cinah müdafiəçiləri arasında fərqləndi. Bu, həqiqətdir və belə bir yaşda bunu bacarmaq inanılmazdır. O, mövsümə koronavirusla başladı. Sonradan oyunlara alışması bir az vaxt aldı. Buna baxmayaraq, ən stabil və parlaq oyunçulardan biri oldu. Trend həmişə yüksək səviyyədə çıxış edirdi".