Misir Futbol Federasiyası Salaha görə "Liverpul"a müraciət etdi

Misir Futbol Federasiyası Məhəmməd Salaha Tokio Yay Olimpiya Oyunlarında iştirakına icazə verməsi üçün "Liverpul"a müraciət edib.

Newsport.az xəbər verir ki, bu haqda Britaniya mediası məlumat yayıb. 28 yaşlı futbolçunun yayda keçiriləcək turnirdə iştirak etmək istədiyi bildirilib.

Qeyd edək ki, Olimpiya Oyunlarının futbol turnirində yaşı 23-dək olan idmançılar iştirak edə bilər. Amma hər komandada yaşı 23-ü ötən 3 futbolçunun oynamasına icazə verilir.

Misir Futbol Federasiyasının prezidenti vəzifəsini icra edən Əhməd Magahed deyib ki, "Liverpul"a ünvanladıqları müraciətə cavab gözləyirlər: "Onlar bildirdilər ki, müzakirədən  sonra bizə cavab verəcəklər. Salah özü Tokioya getmək istəyir. Ümid edirəm ki, "Liverpul" bizə müsbət cavab verəcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right