İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Newsport.az liqanın saytına istinadən xəbər verir ki, "Çelsi"nin çalışdırıcısı Tomas Tuhel ötən ayın ən yaxşısı seçilib. O, səsvermədə Qrem Potter ("Brayton"), Brendan Rocers ("Lester"), Ole-Qunnar Şulşeri ("Mançester Yunayted) qabaqlayıb.
Qeyd edək ki, Tuhelin rəhbərliyi altında London təmsilçisi martda çıxdığı 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib.