Türkiyə milisinə 3.7 milyon mükafat verilib?

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş DÇ-2022-nin seçmə mərhələsində Niderland (4:2) və Norveçlə (3:0) matçlarda qələbələrə görə komandaya ümumilikdə 3.7 milyon avro mükafat verilməsi iddialarına münasibət bildirib.

Newsport.az "Sabah"a istinadən xəbər verir ki, o, onlayn mətbuat konfransında bu iddiaları təkzib edib:

"İndiyə kimi belə bir addım atılmayıb. Bu məsələdən mənim xəbərim yoxdur. Heç kimdən gözləntimiz yoxdur. Mükafatla bağlı danışığımız olmayıb. Bizim ağlımızda mükafat yoxdur. Bunları niyə gündəmə gətirdiklərini anlamıram. Hazırda ancaq milli komandanın uğurları üçün köklənmişik. Bu qrupdan çıxsaq, komanda mükafat ala bilər. Qərarı prezident verəcək".

Türkiyə Futbol Federasiyası da komandaya 3.7 milyon avro mükafat verilməsi barədə xəbərləri təkzib edib.

 

Qeyd edək ki, Türkiyə millisi G qrupunda 3 turdan sonra 7 xalla 1-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right