DÇ-2022-nin seçmə mərhələsində millimizin rəqibi ola İrlandiya yığması yayda iki yoxlama oyunu keçirəcək.
Newswport.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, irlandlar iyunun 3-də səfərdə Andorra ilə qarşılaşacaqlar. Komanda iyunun 8-də Macarıstanla üz-üzə gələcək. Bu matçın yeri hələlik müəyyənləşməyib.
Qeyd edək ki, millimizin İrlandiya ilə seçmə mərhələdə ilk oyunu sentyabrın 4-də səfərdə olacaq.