“Ayaks” dopinqə görə cəzalanan futbolçuya müqavilə təklif etdi

Niderlandın “Ayaks” klubu antidopinq qaydalarını pozduğu üçün futboldan bir illik diskvalifikasiya olunan Andre Onanaya yeni müqavilə təklif edib.
 
Newsport.az xəbər verir ki, bu barədə “The Telegraaf” nəşri məlumat yayıb.
 
Xəbərdə, Amsterdam təmsilçisinin nigeriyalı qapıçıya müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə təklif etdiyi bildirilib.
 
Onana antidopinq qaydalarını pozduğu üçün UEFA tərəfindən futbol yarışlarından bir illik diskvalifikasiya olunub. 25 yaşlı qapıçının “Ayaks”la indiki müqaviləsi 2022-ci ilin yayına qədərdir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right