"Liverpul"dan ona 5 illik müqavilə təklifi

"Leyptsiq"in müdafiəçisi İbraima Konate karyerasını "Liverpul"da davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira özünün "Tvitter" hesabında yazıb. Bildirilib ki, Mersisayd təmsilçisi 21 yaşlı oyunçu üçün 40 milyon avro ödəməyə hazırdır. "Liverpul"un artıq futbolçuya 5 illik müqavilə təklif etdiyi vurğulanıb.

Qeyd edək ki, Konate bu mövsüm "Leyptsiq"də 15 matça çıxıb və 1 qol vurub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right