"Aquero bizim üçün əvəzolunmaz əfsanədir"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbolçusu Serxio Aqueronun yayda komandadan ayrılacağına münasibət bildirib.

Newsport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis deyib: "Qarşıda hələ daha iki aylıq birgə işimiz var. Aquero məşqdə əla görünür. O, bizim üçün əvəzolunmazdır. Əlbətdə ki, Aqueronu statistik olaraq əvəzləyə bilərik. Amma onun "Mançester Siti"də 360 oyunu, 250-dən çox qolu, bir çox titulu var. Aquero əfsanədir və klubun son illərdəki ən yaxşı hücumçusudur. Qəlbimiz, azarkeşlərimiz, oyunçularımız və məşqçilərimiz üçün əvəzolunmazdır. Serxionun daha 3-5 il ərzində yüksək səviyyədə çıxış edə biləcəyinə əminəm".

Qeyd edək ki, 32 yaşlı hücumçu 2011-ci ildən "şəhərlilər"də çıxış edir. O, bu müddət ərzində 384 matçda 257 qol vurub və 73 qolun ötürməsini verib. Argentinalı oyunçu əcnəbilər arasında Premyer Liqanın ən yaxşı bombardiridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right