Matiç bu paylaşımı ilə Ronaldoya sataşdı

"Mançester Yunayted"in serbiyalı futbolçusu Nemanya Matiç sosial şəbəkədəki paylaşımı ilə Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldoya sataşıb.

Newsport.az xəbər verir ki, 32 yaşlı futbolçu Ronaldonun Serbiya millisi ilə matçda (2:2) sayılmayan təmiz qol epizodunun fotosunu İnstaqram hesabında paylaşıb.

Şəkil topun qapı xəttini hələ keçməyəndə çəkilib. Matiç isə paylaşımına "Mançester Yunayted"dəki portuqaliyalı komanda yoldaşı Bruno Fernandeş və Ronaldonu tağ edərək yazıb: "İndi sizcə, hər şey açıq-aydın deyilmi?"

Qeyd edək ki, matçdan sonra baş hakim Denni Makkeli epizodun videogörüntüsünə baxaraq, Ronaldonun təmiz qolunu saymadığını etiraf edib. O, bu səhvinə görə Portuqaliyadan üzr istəyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right