İngiltərə millisinin və "Mançester Siti"nin futbolçusu Fil Foden yığmadakı rəqabətdən danışıb.
Newsport.az goal.com-a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi baş məşqçi Qaret Sautqeytin əsas heyətə oyunçu seçməkdə çətinlik çəkdiyini deyib:
"Bu qədər güclü komandada yer almaq çətindir. O qədər güclü oyunçular var ki, əsas heyəti seçmək lazım olanda Sautqeytə yazığım gəlir. Çox çətin bir durum yaranır. Edə biləcəyim tək şey isə heyətdəki yerimə görə mübarizə aparmaqdır".
Qeyd edək ki, İngiltərə yığması DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda San Marinonu məğlub edib- 5:0. Komanda sabah Albaniya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.