İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, bu ada "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola layiq görülüb.
O, ardıcıl ikinci dəfə ən yaxşı seçilib. 50 yaşlı mütəxəssis səsvermədə Nunu Eşpiritu Santu ("Vulverhempton"), Skott Parker ("Fulhem") və Tomas Tuheli ("Çelsi") qabaqlayıb.
Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" ötən ay ölkə çempionatında 6 matça çıxıb və hamısında qələbə qazanıb.