ÇL-in daha bir matçının yeri dəyişdirildi

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" -  "Borussiya" (Mönhenqladbax) cavab görüşü Mançesterdə keçirilməyəcək.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyasına görə tətbiq edilən səyahət məhdudiyyətləri səbəbindən matç Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

Qeyd edək ki, "şəhərlilər"in 2:0 hesabı ilə qalib gəldiyi ilk görüş də Münhenqladbaxda yox, "Puşkaş Arena"da keçirilib. Cavab matçı martın 16-da olacaq.

 
 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right