Anatoli Nuriyev het-trikə imza atdı

Ukraynanın “Minay” klubu Türkiyədəki təlim-məşq toplanışını başa vurub.
 
Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hazırlıq prosesindəki son yoxlama matçında 1-ci liqada mübarizə aparan “Veres”lə üz-üzə gəlib.
 
Görüş elita klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Minay"ın heyətində qollardan üçünü azərbaycanlı hücumçu Anatoli Nuriyev vurub. 25 yaşlı forvard 19, 34 və 75-ci dəqiqələrdə fərqlənib. 
 
Qeyd edək ki, AFFA Anatoli Nuriyevi Azərbaycan millisinə cəlb etmək üçün onunla danışıqları davam etdirir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right