Millinin müdafiəçisi İtaliyada qaldı

Qana millisinin futbolçusu Kvadvo Asamoa karyerasını yenidən A seriyasında davam etdirəcək.

Newsport.az saytının məlumatına görə, ötən ilin oktyabrında “İnter”dən ayrılandan sonra klubsuz olan müdafiəçi A seriyasının digər təmsilçisi ilə anlaşıb.

Kvadvo “Kalyari” ilə müqavilə imzalayıb. 32 yaşlı afrikalı Sardiniya klubu ilə mövsümün sonunadək anlaşıb.

Qeyd edək ki, karyerası ərzində yalnız İtaliyada oynamış Asamoa “Udineze”, “Yuventus” və “İnter”in şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right