“Sivasspor”da 6 aylıq itki

Türkiyənin “Sivasspor” klubu ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisinin müdafiəçisi Marselo Qoyano uzun müddətə sıradan çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 33 yaşlı futbolçunun ağır zədə səbəbindən əməliyyat olunacağı diqqətə çatdırılıb. Braziliyalı müdafiəçinin bərpa müddəti isə 6 ay sürəcək.

Komandanın digər zədəlilərindən Klaudemir və Erdoğan Yeşilyurtun isə qısa zamanda məşqləri bərpa edəcəyi açıqlanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right