“Beşiktaş” səfərdə “Hatayspor”a qalib gələ bilmədi

Türkiyə Super Liqasında XVIII tur davam edir.

Newsport.az-ın məlumatına görə, tur çərçivəsində 4 oyun keçirilib.

Meydana çıxan bütün komandalar qol sevinci yaşayıb. Çempionatın lideri “Beşiktaş” “Hatayspor”un qonağı olub.

Dörd qolun vurulduğu matçda qalib müəyyənləşməyib. “Rizəspor”la görüşdən “Dənizlispor” erkən qolla önə keçsə də, üstünlüyünü qoruya bilməyib.

Son çempion “Başakşəhər” autsayderlər qrupunda yer alan “Ankaragücü” üzərində çətin qələbə qazanıb. Orta pillələrdə qərarlaşan rəqiblərin duelində “Konyaspor”u üstələyən “Fatih Karagümrük” rəqibini turnir cədvəlində də arxada qoyub.

10 yanvar

“Fatih Karagümrük” – “Konyaspor” – 2:1
Qollar:
Bertolaççi, 66, Ndiaye, 81 – Yevtoviç, 84

“Ankaragücü” – “Başakşəhər” – 1:2
Qollar:
Çekici, 20 – Viska, 17, Ba, 56

“Rizəspor” – “Dənizlispor” – 1:1
Qollar:
Rüzgar, 90 – Rodalyeqa, 9

“Hatayspor” – “Beşiktaş” – 2:2
Qollar:
Bupendza, 7, 23 – Abubakar, 6, Larin, 41

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right