Nainqqolan Konteni tənqid etdi

İcarə qaydasında "Kalyari"yə keçən Raca Nainqqolan "İnter"in baş məşqçisi Antonio Konteni tənqid edib.

Newsport.az xəbər verir ki, belçikalı futbolçu İtaliya mətbuatına müsahibəsində deyib:

"O, məni oyunun bitməsinə 8 dəqiqə qalmış meydana buraxdı. Sonra da dedi ki, uğursuzluğa görə günahkar mənəm. Konte yaxşı məşqçidir. Amma mən zədəli idim. Bundan sonra o, mənə 8 dəqiqə şans verdi və günahı üstümə yıxdı. Mən 8 dəqiqədə nə edə bilərdim?"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right