"Everton" - "Mançester Siti" oyunu təxirə salındı Koronavirusa görə

İngiltərə Premyer Liqasının 16-cı turunda bu gün keçirilməli olan "Everton" - "Mançester Siti" oyunu təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, bu qərarın verilməsinə qonaq komandada koronavirusun yayılması səbəb olub. Cümə günü Mançester təmsilçisi hücumçu Qabriel Jezus, müdafiəçi Kayl Uoker və daha iki işçisinin koronavirusa yoluxduğunu açıqlayıb. Bu gün isə komandanın  düşərgəsində yeni yoluxma halları aşkarlanıb.Tibbi göstəricilərə əsasən, Premyer Liqa rəhbərliyi hər iki klubla məsləhətləşdikdən sonra matçı təxirə salmağa qərar verib.

İnfeksiyaya yoluxanların hamısının  İngiltərə Premyer Liqasının və İngiltərə hökumətinin protokoluna uyğun olaraq özlərini təcrid edəcəkləri bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right