Super Liqa klubunda yeni müqavilə

Türkiyənin “Alanyaspor” klubu yunan müdafiəçisi Georgios Tsavellasla müqavilənin müddətini uzadıb.
 
Newsport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Tərəflər müddəti 2023-cü ilin yayında bitəcək yeni 2 illik müqaviləyə imza atıblar. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayına qədər idi.
 
Tsavellas 2017-ci ilin yanvarından “Alanyaspor”un uğurları üçün çalışır. 33 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 116 matça çıxıb, 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right