Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan futbolda 5 əvəzetmə qaydasının müddəti 2022-ci ilədək uzadılıb.
Newsport.az saytının məlumatına görə, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) qərar qəbul edib.
Yeni qərar ökədaxili yarışlarda 2021-ci il dekabrın 31-dək qüvvədə olacaq. Beynəlxalq matçlarda isə 5 əvəzetmə qaydasından 2022-ci il iyulun 31-dək istifadə olunacaq.