Türkiyə I Liqasında XII turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, azərbaycan millisinin üzvü Araz Abdullayevin formasını geyindiyi "Boluspor" doğma meydanda "Altay"a qalib gəlib - 1:0.
Araz da bu görüşün iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana daxil olub.
Hazırda 10 xalı olan “Boluspor” 18 komanda arasında 16-cıdı.