"Yuventus” büdrədi, “İnter”dən asan qələbə A seriyasında IX tur

İtaliya A seriyasında IX tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk gündə 3 görüş olub.

Çempionluğa iddia edən “İnter”lə “Yuventus” səfər matçına çıxıb. Milan təmsilçisi daha ağır sınaq qarşısında olub. İkinci pillənin sahibi “Sassuolo”nun qonağı olan “neradzurra” gözlənilmədən rahat qələbə qazanıb.

“İnter”dən fərqli, “Yuventus” “Benevento” önündə büdrəyib. Kriştianu Ronaldonun yoxluğunda “qoca sinyora” bərabərliklə kifayətlənib.

Günün son duelində “Atalanta” ilə “Verona” qarşılaşıb. Berqamo təmsilçisi gözlənilmədən meydanı məğlub tərk edib.

28 noyabr
“Sassuolo” – “İnter” – 0:3

Sançes, 4, Çiriçes, 14 (avtoqol), Qalyardini, 60
“Benevento” – “Yuventus” – 1:1
Letizia, 45+3 – Morata, 21
“Atalanta” – “Verona” – 0:2
Veloso, 62 (pen.), Zaqqanyi, 83





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right