Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilməli olan, ancaq koronavirusa görə təxirə salınan Rumıniya - Norveç matçı ilə bağlı yekun qərar açıqlanıb.
Newsport.az-ın məlumatına görə, UEFA səfər matçına yollanmayan Norveç yığmasına texniki məğlubiyyət verib. Skandinaviyalılar daha sonra apellyasiya şikayəti verə bilər.
Norveç Səhiyyə Nazirliyi milli komandanın səfərə çıxmasına icazə verməmişdi. Buna yığmanın heyətində bəzi futbolçuların koronavirus testinin müsbət çıxması səbəb göstərilmişdi.