"Fasilədən sonra Azərbaycan millisi daha yaxşı oynadı" - Lyuk Holts

Lüksemburq millisinin baş məşqçisi Lyuk Holts Millətlər Liqasının VII turunda Azərbaycanla matçdan (0:0) sonra mətbuat konfransında oyun haqqında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis deyib:

“Oyun gözlədiyimiz kimi keçdi. İlk hissədə komandamız çox yüksək səviyyəli oyun nümayiş etdirdi. Təssüf ki, penaltidən istifadə edə bilmədik. Fasilədən sonra Azərbaycan millisi daha yaxşı oynadı. Press tətbiq edərək bir neçə dəfə əks-hücumlar təşkil etdi. Ümumilikdə maraqlı oyun keçdi. Oyunda yeganə çatışmazlıq qol idi”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right