Liqa 1-in 11-ci turunda keçirilməli olan “Marsel” – “Nitsa” oyunu təxirə salınıb.
Newsport.az-ın məlumatına görə, buna qonaq komandanın nümayəndələri arasında 12 nəfərin koronavirusa yoluxması səbəb olub. Ona görə də noyabrın 21-də (Bakı vaxtı ilə 00:00) keçirilməli olan görüş qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, “Marsel” 18 xalla çempionatın turnir cədvəlində 4-cüdür. Aktivində 17 xal olan “Nitsa” isə 8-ci yerdədir.