“Zirə”nin legionerində koronavirus aşkarlandı

“Zirə” klubunun futbolçusu Klesio Bauk koronavirusa yoluxub.

Newsport.az-ın məlumatına görə, bu barədə “A Bola” nəşri məlumat yayıb.

Hazırda Mozambik yığmasının düşərgəsində yer alan 26 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Onunla yanaşı, millinin daha 7 futbolçusunda virus aşkarlanıb.

Mozambik yığması dünən Afrika Millətlər Kubokunda Kamerunla (0:2) qarşılaşıb. Koronavirusa yoluxduğu məhz dünən müəyyənləşən oyunçular həmin görüşdə iştirak etməyiblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right