Millimizlə oyunöncəsi Lüksemburqun iki futbolçusunda koronavirus aşkarlandı

UEFA Millətlər Liqasının 6-cı turunda bu gün Azərbaycanla qarşılaşacaq Lüksemburq yığmasının iki futbolçusunda koronavirus aşkarlanıb.

Newsport.az-ın məlumatına görə, bu barədə federasiyanın rəsmi tvitter səhifəsi məlumat yayıb. Qapıçı Antoni Moris və hücumçu Jerson Rodrigeşin virusa yoluxduğu bildirilib. Hər iki oyunçu bugünkü  matçı buraxacaq.

Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right