Klublararası dünya çempionatı-2020 bu ilin dekabrında keçirilməyəcək.
Newsport.az-ın məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Koronavirus pandemiyası ilə əlaqədar bəzi konfederasiyalar Çempionlar Liqası matçlarını dekabradək bitirə bilməcəyəklər. Ona görə də FİFA turniri gələn ilin fevral ayına təxirə salıb. Yarışın fervalın 1-dən 11-dək keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, klublararası dünya çempionatı 6 qitə konfederasiyasının ən güclü klublarının və təşkilatçı ölkənin ən yaxşı komandasının iştirakı ilə keçirilir.