“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Newsport.az-ın məlumatına görə, “mersisaydlılar” “Olimpiyakos”un müdafiəçisi Ruben Samedunu qış transfer pəncərəsində almaq istəyir. Yunanıstan təmsilçisi isə 26 yaşlı oyunçuya görə 20 milyon avro tələb edir.
Qeyd edək ki, Samedu 2019-cu ildən “Olimpiyakos”da çıxış edir.