UEFA "Tottenhem"in baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Newsport.az-ın məlumatına görə, buna səbəb onun Avropa Liqasının II turunda "Antverpen"lə oyunun (0:1) ikinci hissəsində futbolçuları meydana gec buraxması olub. Qitə futbol qurumu mütəxəssisə bir oyunluq cəza verib. Lakin bu cəza şərti xarakter daşıyır və bir illik təxirə salınıb.
UEFA eyni səbəblə İngiltərə klubuna pul cəzası da verib.