Monteneqro millisinin futbolçusu Milan Miyatoviç Millətlər Liqasının qrup mərhələsinin V turunda sabah Azərbaycan millisinə qarşı keçirəcəkləri matç barədə fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, o, oyunncəsi mətbuat konfransında deyib:
“Azərbaycan millisi ilk oyunda nümayiş etdirdiyi futbolla keyfiyyətli komanda olduğunu göstərdi. Biz qrup liderliyi uğrunda mübarizə aparırıq və bu oyunda Lüksemburqla qarşılaşmada buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq”.