Ronaldonun yubiley paylaşımı

Portuqaliya millisi yoldaşlıq oyununda Andorra ilə qarşılaşıb. Newsport.az xəbər verir ki, “Eştadiu Da Luj” stadionunda keçirilən oyun meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Qarşılaşmada qollardan birini komandanın kapitanı Kriştianu Ronaldu vurub. Bu, onun Portuqaliya yığmasının heyətində 102-ci qoludur.
 
Andorra üzərindəki bu qələbə Ronaldonun yığma karyerasında 100-cü qələbəsi olub. Ümumilikdə, Kriştianonun oynadığı 168 görüşdə Portuqaliya 100 qələbə qazanıb, 42 dəfə uduzub, 26 qarşılaşma heç-heçə başa çatıb. 
 
Oyundan sonra Ronaldo yubileyi haqda instaqramda bunları yazıb: "Milli komandada daha bir tarixi mərhələyə çatmağa sevindim!".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right