"Millidə olduğum müddətdə bütün matçların, hətta yoldaşlıq oyunlarının da nəticələri vacib olacaq. Sabah az oyun təcrübəsi olanlara şans verəcəyik".
Newsport.az-ın məlumatına görə, bu sözləri Sloveniya millisinin baş məşqçisi Matyaj Kek Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq matçından öncə mətbuat konfransında deyib.
O, Azərbaycan millisinin fiziki cəhətdən güclü komanda olduğunu bildirib: "Qarşılaşmanın Millətlər Liqasındakı Kosovo və Yunanıstana qarşı matça yaxşı hazırlıq olacağını düşünürəm. Bu hazırlıq matçı olacaq, yoldaşlıq görüşü yox. Azərbaycan xarakterli, fiziki cəhətdən güclü, öz oyun tərzinə sahib bir komandadır".
Qeyd edək ki, noyabrın 11-də keçiriləcək Sloveniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.