"Tottenhem"in baş məşqçisi Joze Mourinyo London təmsilçisinin bir çox Avropa ölkəsində çempion ola biləcəyini hesab edir.
Newsport.az-ın məlumatına görə, bu barədə portuqaliyalı mütəxəssis goal.com-a açıqlamasında deyib: “Deyərdim ki, "Tottenhem" bir çox Avropa ölkəsində çempion ola bilər. Premyer Liqada çempion olmaq ən çətindir. Burada yaxşı bir mövsüm keçirə, çox xal toplaya bilərsən. Amma İngiltərədə "Liverpul", "Mançester Siti", "Çelsi", "Mançester Yunayted", "Lester" və "Arsenal" kimi klublar var. Bu komandaların olduğu yerdə yaxşı bir mövsüm keçirə və çempion ola bilmək çətindir. Biz nə edə bilərik? Qələbə qazanmağa çalışırıq, rəqiblərə laqeyd yanaşmırıq. Hər oyunu düşünürük. Mövsümün sonunda harada olduğumuzu görəcəyik".
Qeyd edək ki, "Tottenhem" hazırda 17 xalla İngiltərə Premyer Liqasında 2-ci pillədə qərarlaşıb. Komanda lider "Lester"dən 1 xal geri qalır.