İngiltərə Premyer Liqasının son qalibi “Liverpul” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Newsport.az-ın məlumatına görə, Mersisayd klubu “Vulverhempton”dan Dioqo Jotanın transferini tamamlamaq üzrədir. Klubun futbolçuyla şəxsi razılığa gəldiyi bildirilir. 23 yaşlı futbolçu “Liverpul”la 5 illik müqavilə üçün anlaşıb.
“Liverpul”un “Vulverhempton”la danışıqları davam etdirdiyi bildirilir. Klub bu transfer üçün “qırmızılar”dan 43 milyon avro tələb edir.
2018-ci ilin yayından “Vulverhempton”un şərəfini qoruyan portuqaliyalı futbolçunun müqaviləsi 2022-ci ilin yayında başa çatır.