MY-nin qapıçısı Çempionşip klubunda

İngiltərənin “Haddersfild” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Newsport.az xəbər verir ki, Çempionşip təmsilçisi “Mançester Yunayted”dən Joel Pereyranı heyətinə qatıb.

Bu barədə “Haddersfild”in mətbuat xidməti məlumat yayıb. 24 yaşlı qapıçı 2020/21 mövsümünü icarə əsasında Çempionşip klubunda keçirəcək.

“Mançester Yunayted”in yetirməsi olan portuqal qapıçı “qırmızı şeytanlar”ın əsas komandasıyla 1 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right