"Şeffild Yunayted” müdafiəçisi Con Eqanla müqavilənin müddətini uzadıb.
Newsport.az-ın məlumatına görə, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Eqanın əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi.
İrlandiya yığmasının üzvü 2018-ci ildən “Şeffild Yunayted”in uğurları üçün çalışır. O, geridə qalan mövsümdə Premyer Liqa çərçivəsində 36 oyuna çıxıb, 2 qola imza atıb.