Yan Oblak: "Qarabağ"a xüsusi hörmətim var"

"Atletiko"nun qapıçısı Yan Oblak "Marca"ya müsahibə verib.

Newsport.az saytının məlumatına görə, 26 yaşlı qolkiper karyerası ərzində ən yadda qalan oyunlar barədə danışıb. Sloveniya millisinin üzvü 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la oyunları yada salıb:

"Qarabağ”la matçları xüsusi qeyd etmək istəyirəm. Çünki hər iki oyunda onlara qalib gələ bilmədiyimizə görə qrupda qaldıq. Bu komandaya hörmətimi vurğulamaqla yanaşı, deməliyəm ki, belə yaxşı çıxışı onlardan heç kim gözləmirdi. Etiraf edim, çox yaxşı müdafiə olunurdular".

"Qarabağ" hər iki oyunda "Atletiko" ilə heç-heçə etmişdi (0:0, 1:1). Qrupda 3-cü olan "Atletiko" mübarizəni Avropa Liqasında davam etdirərək, turnirin qalibi adını qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right