Qazaxıstan Premyer Liqasında 22-ci turun rəmzi komandası müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, simvolik heyətdə "Tobol" azərbaycanlı qapıçısı Emil Balayev də yer alıb.
Azərbaycan yığmasının üzvü "İrtış"la səfər görüşündə qapısını toxunulmaz saxlayıb.
"Tobol" 45 xalla Premyer Liqanın lideridir. "Astana" və "Kairat" 44 xalla 2-3-cü yerləri bölüşür.
