Millimizin üzvü iki dəqiqə oynadı

Almaniya II Bundesliqasında 23-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu bu tur səfərdə "Nürnberq"in qonağı olub.

Oyunda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1. Nazarov matçın 88-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, "Karlsrue" 23 turdan sonra 39 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right