Zidan "Real"a qayıtdı

"Real" sabiq çalışdırıcısı Zinəddin Zidanı baş məşqçi təyin etməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Santyaqo Solarini istefaya göndərməyə hazırlaşan klubun prezidenti Florentino Peres Zidanı geri qayıtmağa razı salıb. 46 yaşlı mütəxəssisin təyinatının gün ərzində açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Zidan 2016-2018-ci illərdə "Real"ı çalışdırıb. O, "kral klubu"na ardıcıl üç dəfə Çempionlar Liqasını və bir dəfə La Liqanı qazandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right