"Qəbələ"nin futbolçusu Kipr klubunda

"Qəbələ"dən ayrılan Yannik Kamanan karyerasını Cənubi Kiprdə davam etdirəcək. 
 
Newsport.az saytının məlumatına görə, fransalı futbolçu "Ermis" (Aradippou) klubu ilə razılaşıb. Rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.
 
Qeyd edək ki, 2012-ci ildən "Qəbələ"də çıxış edən Kamanan Yuri Syomin tərəfindən 2013/14 mövsümünün gedişində komandadan kənarlaşdırılıb. O, ölkəmizdə 68 oyun keçirib və 17 qol vurub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right