Litva millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

Litva milli komandasının baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının sentyabr-oktyabr oyunları üçün heyəti müəyyənləşdirib.

Newsport.az xəbər verir ki, Litva yığması yeni formatda keçiriləcək sentyabr-oktyabr pəncərəsində ümumilikdə dörd qarşılaşmaya çıxacaq.

Litvalılar sentyabrın 24-də səfərdə Lixtenşteynlə, sentyabrın 27-də evdə Azərbaycanla qarşılaşacaq. Sentyabrın 30-da Dariaus və Girenas stadionunda Andorra ilə yoxlama oyunu keçiriləcək. Komanda pəncərəni oktyabrın 4-də səfərdə Azərbaycan millisinə qarşı matçla başa vuracaq.

Heyətə İtaliyanın B Seriyasında çıxış edən “Kremoneze”nin əsas komandasında debüt etmiş Adrian Lickünas ilk dəfə dəvət alıb.

Bundan başqa, Vikintas Slivka, Arturas Doljnikovas, Faustas Steponaviçyus və Manfredas Ruzgis müxtəlif fasilələrdən sonra yenidən milliyə çağırılıblar.
Zədəsini sağaldan Kipras Kajukolovas da uzun fasilədən sonra heyətə qayıdıb. Baltik Kubokunda iştirak etməyən Edvinas Gertmonas və Pijus Sirvis də komandaya dəvət olunublar.

Litva millisinin heyəti:

Qapıçılar:
Džiugas Bartkus (“Al-Riffa”, Bəhreyn)
Edvinas Gertmonas (“Servette”, İsveçrə)
Tomas Svedkauskas (“Kauno Žalgiris”)

Müdafiəçilər:
Vilius Armalas (“MTK Budapeşt”, Macarıstan)
Zygimantas Baltrūnas (“Sūduva”, Marijampole)
Dominykas Barauskas (“TransINVEST”, Vilnüs rayonu)
Kipras Kazukolovas (“Astana”, Qazaxıstan)
Justas Lasickas (“Rijeka”, Xorvatiya)
Rokas Lekiatas (“Kauno Žalgiris”)
Adrian Lickūnas (“Cremonese”, İtaliya)
Pijus Sirvys (“Celje”, Sloveniya)
Artemijus Tutyskinas (“Celje”, Sloveniya)
Edgaras Utkus (“Al-Kholood”, Səudiyyə Ərəbistanı)

Yarımmüdafiəçilər:
Motiejus Burba (“Kauno Jalgiris”)
Artūr Dolznikov (“Slovaçko”, Çexiya)
Gvidas Gineitis (“Torino”, İtaliya)
Eligijus Jankauskas (“Hapoel Rishon leZion”, İsrail)
Vaidas Magdusauskas (“Banga”, Qarqjday)
Lukas Michelbrink (“Energie Cottbus”, Almaniya)
Vykintas Slivka (“Kauno Žalgiris”)
Faustas Steponaviçius (“Sūduva”, Marijampole)
Domantas Šluta (“TransINVEST”, Vilnüs rayonu)
Modestas Vorobjovas (“Sakhnin”, İsrail)

Hücumçular:
Armandas Kucys (“Celje”, Sloveniya)
Manfredas Ruzgis (KS “Besa”, Albaniya)
Ignas Venckus (“Banga”, Qarqjday)

Litva millisinin sentyabr-oktyabr oyunları:
24 sentyabr, 21:45 — Lixtenşteyn – Litva
27 sentyabr, 16:00 — Litva – Azərbaycan
30 sentyabr, 19:00 — Litva – Andorra
4 oktyabr, 16:00 — Azərbaycan – Litva





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right